Kılıçdaroğlu məhkəməyə çıxarılacaqbackend

Kılıçdaroğlu məhkəməyə çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş nazir Ərdoğan Bayraktarı təhqir etdiyi iddiası ilə “dövlət məmurunu açıq şəkildə təhqir etdiyi” iddiası ilə məhkəməyə verilən CHP sədri Kamal Kılıçdaroğlunun deputat toxunulmazlığının olmadığı əsası ilə iclasa çağırış vərəqəsinin göndərildiyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, 2016-cı ildə CHP lideri Kamal Kılıçdaroğluna qarşı 9 il əvvəl Ərdoğan Bayraktarın ünvanına söylədiyi fikirlərə görə “dövlət məmurunu açıq şəkildə təhqir etmək” ittihamı ilə 1 il 2 aydan 2 il 4 aya qədər həbs tələbi ilə iddia açılıb. Seçkilərdə millət vəkili olmadığı üçün toxunulmazlığı götürülən Kılıçdaroğlu “müttəhim” kimi bildirilərək İstanbul 51-ci Asliye Cəza Məhkəməsi tərəfindən iclasa çağırılıb.

İlk dinləmə 7 mart 2024-cü ildə keçiriləcək. Kamal Kılıçdaroğlunun ifadəsinin alınması üçün Ankaraya göstəriş yazılıb. Kılıçdaroğlunun cəzalandırılacağı təqdirdə ona siyasi qadağa verilə biləcəyi öyrənilib.