Kılıçdaroğlu Oğanla GÖRÜŞƏCƏKbackend

Kılıçdaroğlu Oğanla GÖRÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə seçkilərin ilk turunda “ATA İttifaqı”nın prezidentliyə namizədi olmuş Sinan Oğanla “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu arasında görüşəcəklər.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, görüş sabah baş tutacaq.

Məlumata görə, əsas müzakirə mövzusu prezident seçkilərinin ikinci turunda Oğanın kimi dəstəkləyəcəyi olacaq.

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

Oğan bu gün “Millət İttifaqı”na daxil olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu ilə də eyni müzakirə üçün 3 saatlıq görüşüb. Bundan əvvəl Oğanın 2-ci turda kimi dəstəkləyəcəyi barədə qərarını 19 mayda açıqlayacağı barədə məlumat yayılmışdı.