Kılıçdaroğlu: Türkiyə 5 ildən sonra Aralıq dənizi hövzəsində ən güclü dövlət olacaqbackend

Kılıçdaroğlu: Türkiyə 5 ildən sonra Aralıq dənizi hövzəsində ən güclü dövlət olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentliyə namizəd Kılıçdaroğlu Türkiyənin çalışaraq və stehsal edərək nə qədər güclü olduğunu dünyaya göstərəcəklərini qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, Kılıçdaroğlu Türkiyənin 5 ildən sonra Aralıq dənizi hövzəsinin ən güclü dövləti olacağını bildirib.

Prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu, Muğla Atatürk Bulvarında keçirilən mitinqdə qadın, kişi, qoca, gənc və əlillərlə gözəl bir ölkədə sülh içində yaşamaq istədiklərini söyləyib.

O, 85 milyonun prezidenti olacağını bildirərək qeyd edib:

“Heç bir ayrı-seçkilik etməyəcəyəm. Hər kəsə qucaq açacağam. Yəni onlar kimi olmayacağıq. Cəmiyyəti parçalamayacağıq. Cəmiyyəti qütbləşdirməyəcəyik. Mənəviyyatı dominant edəcəyik. Biz ədaləti dövlətə gətirəcəyik. Gender bərabərliyini təmin edəcəyik. Qadınlara qarşı zorakılığın qarşısını hansı şəraitdə olursa olsun ən sərt şəkildə alacağıq”.

NOCOMMENT.AZ