“Biz bu vətəni küçədə tapmadıq. Bu gün 10 milyon nizamsız qaçqını içimizə gətirən bu zehniyyətə vətənimizi buraxmayacağıq. Vətənini sevənlər sandıq başına gəlsin”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri prezidentliyə namizəd və CHP sədri Kamal Kılıçdaroğlu sosial media hesabında paylaşdığı “Türkiyə üçün qərar ver” adlı videosunda səsləndirib.
Videoda hər kəsə səsləndiyini deyən Kılıçdaroğlu, “Biz bu vətəni küçədə tapmadıq. Bu gün 10 milyon nizamsız qaçqını içimizə gətirən bu zehniyyətə vətənimizi buraxmayacağıq. Sərhəd namusdur. Namusumuzu qoruya bilmirik hər gün damarlarımıza sızan bu nizamsız seli izləyirik. Bir gün qaçqın axını 10 milyondan 30 milyona yüksələcək” deyə qeyd edib.
NOCOMMENT.AZ