Kılıçdaroğlunun Azərbaycan gömrüyü ilə bağlı etirazına DEPUTATDAN CAVABbackend

Kılıçdaroğlunun Azərbaycan gömrüyü ilə bağlı etirazına DEPUTATDAN CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ana müxalifət lideri, CHP başqanı Kamal Kılıçdaroğlu bir neçə gün öncəki çıxışında Azərbaycan gömrüyündə Türkiyə TIR-larından yüksək rüsumlar alındığına etiraz edərək, qiymətlərin aşağı endirilməsi ilə bağlı ikitərəfli müzakirələrin aparılmasının zəruriliyini bildirib.

Maraqlıdır, Türkiyə TIR-ları üçün gömrük rüsumlarının aşağı endirilməsi mümkündürmü?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan deputat Rüfət Quliyev bəzi məhsullar üçün gömrük rüsumlarının yüksək olduğunu və bu istiqamətdə dəyişikliyin zəruriliyini bildirib:

“Bu məsələ ilə əlaqədar iki tərəfin hökumət nümayəndələri görüşməli, təklif irəli sürməlidir. Nəzərə almaq lazımdır ki, biz bir millət, iki dövlətik. Ölkə prezidenti də dəfələrlə bildirib ki, Azərbaycanda türk şirkətləri üçün hər zaman yer var, onların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Hər iki tərəfə yük maşınlarının daxil olması ilə bağlı rüsumlarda qiymətlərin dəyişdirilməsi lazımdır.

Çalışmalıyıq ki, türk şirkətləri Azərbaycanda fəaliyyət sahəsini genişləndirsin, istehsalı birbaşa buradan həyata keçirsin. Kənd təsərrüfatı malları, qida məhsullarının istehsalının ölkəmizdə tətbiqi üçün çalışmalıyıq. Artıq biz Türkiyə ilə yeni münasibətlər sisteminə daxil oluruq. Bütün bu amillər nəzərə alınmalı, gömrük rüsumlarının tətbiqi ilə bağlı yeni addımlar atılmalıdır”.