Kılıçdaroğlunun vizasız Avropa vədinə Almaniyadan açıqlamabackend

Kılıçdaroğlunun vizasız Avropa vədinə Almaniyadan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya “Millət İttifaq”ının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun “AB-yə vizasız” vədi ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Kamal Kılıçdaroğlunun “AB-yə vizasız gediş-gəliş” vədi Almaniya tərəfindən az qala təsdiqlənsin.

Türklər iş tapıb AB-yə üzv ölkədə məskunlaşa biləcəklər.

Turist kimi vizasız səyahət üçün yalnız “biometrik pasportlar, sənəd təhlükəsizliyi, miqrasiya idarəçiliyi, ictimai asayiş və təhlükəsizlik, fundamental hüquqlar və qeyri-qanuni miqrantların readmissiyası”nın təsdiqi tələb olunur. 

“Türkiyə ilə Aİ arasında tərəfdaşlıq sazişinə əsasən, Türkiyə vətəndaşlarının Aİ-yə üzv dövlətlərdə işləmək hüququ var. Bu, avtomatik olaraq yaşayış icazəsi və ailə birləşməsini bir araya gətirir” deyə Almaniyadan bildirilib.

Almaniya hökumətinin Miqrasiya və İnteqrasiya Müşavirliyinin internet saytında yer alan açıqlamaya görə, türklərə qarşı digər Aİ-yə üzv dövlətlərdən fərqli və ayrı-seçkilik oluna bilməz.

NOCOMMENT.AZ