Konqo Demokratik Respublikasının (KDC) şərqindəki İturi əyalətində iki kilsəni hədəf alan hücumlarda 10 nəfər həlak olub.
NOCOMMENT.az xəbər verir ki, KİV-in məlumatına görə, bazar günü Konqonun İnkişafı Alyansı (CODECO) yaraqlıları İturidəki Cepac və Aumopro kilsələrinə hücum ediblər.
Region meneceri Ruphin Mapela və vətəndaş cəmiyyəti lideri Dieudonne Lossa dünən verdiyi açıqlamada terrorçuların kilsələrdə namaz qılan insanlara atəş açaraq 9 mülki vətəndaşı və 1 əsgəri öldürdüyünü bildiriblər.
Hücumların arxasında CODECO silahlılarının olduğunu bildirən Lossa 4 terrorçunun zərərsizləşdirildiyini bildirib.
2014-cü ildən bəri ölkənin şərqində fəaliyyət göstərən üsyançıların hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü təxmin edilir.