Kim Çen Cənubi Koreyanı işğalla TƏHDİD ETDİbackend

Kim Çen Cənubi Koreyanı işğalla TƏHDİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koreya Xalq Demokratik Respublikası Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edir və təhlükəsizliyini tələb edən fövqəladə hallar baş verərsə, onun ərazisini işğal etməyə hazırdır”.

NOCOMMENT.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun yaradılmasının 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı belə deyib. Bildirib ki, bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanması və qarşıdurma tarixi ilə bağlı nəticələrə yekun vurub.

Cənubi koreyalı marionetlərin ölkəmizin ən zərərli və dəyişməz əsas düşməni kimi müəyyən edilməsi və fövqəladə hallarda ərazilərinin işğalına milli siyasət kimi qərar verilməsi ölkəmizin gələcəkdə əbədi təhlükəsizliyi, sülh və sabitliyi üçün ağlabatan tədbirdir.