Kim Çen In ictimaiyyət qarşısına çıxdı – FOTObackend

Kim Çen In ictimaiyyət qarşısına çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib.

NOCOMMENT.az Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən bildirir ki, bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır.

“Hörmətli ali sədr, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin tamamlanmasının rəmzi olan lenti şəxsən kəsdi”, – deyə agentlik qeyd edib.

Kim Çen In

Koreya Xalq Demokratik Respublikasının mətbuatı eyni zamanda Kim Çen Inın 1 May mərasimindəki fotosunu da yayımlayıb. Fotoda KXDR liderinin hər hansı xəstəlikdən əziyyət çəkməsinin əlaməti görünmür.

Daha əvvəl ölkənin “Nodon sinmun” qəzeti bildirib ki, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri sənədlərlə işləməyə davam edir. O, Vonsan-Kalmanın şərq sahilində turizm zonasının inşaatçılarına minnətdarlıq məktubu göndərib.

Report