Kim Çen İn: Nüvə silahından istifadə etməyə hazır olmalıyıqbackend

Kim Çen İn: Nüvə silahından istifadə etməyə hazır olmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 18-19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Silahlı Qüvvələri taktiki nüvə potensialının təkmilləşdirilməsi üzrə təlimlər keçirib.

NOCOMMENT “Report”-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.

Qeyd olunub ki, manevrlər zamanı təqribən 800 km uçan və hədəfi vuran taktiki raket buraxılıb.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen İn deyib ki, ölkəsi müharibənin qarşısını almaq üçün hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır.

Pxenyan həmçinin bildirib ki, ABŞ və Cənubi Koreya Şimali Koreyaya qarşı birgə hərbi təlimləri genişləndirir.