Kim Çen İn orduya çağırış etdibackend

Kim Çen İn orduya çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen İn düşmən qüvvələri təcavüz üçün israrlı hərbi təlimlər keçirməkdə günahlandıraraq, ordusunu döyüş effektivliyini artırmaq üçün hər cür səy göstərməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, o, düşmən qüvvələrin Şimali Koreyaya hücum üçün imkanlarını artırdığını bildirib.

Kim Çen İn əsgərləri həyatlarını Şimali Koreya xalqını və mülklərini qorumağa həsr etməyə səsləyib.

Qeyd edək ki, Kim Çen bu sözləri Cənubi Koreya və ABŞ-ın avqustun ortalarında keçirilməsi planlaşdırılan illik hərbi təlimləri barədə danışarkən deyib./Axar.az