Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya yollanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatında məlumat yayılıb.
Məlumata görə, Kim Şimali Koreyanın şimal-şərq sərhədinə xüsusi qatarla gedəcək və sammit çox güman ki, çərşənbə axşamı keçiriləcək.
Günün əvvəlində Rusiyanın “İnterfaks” xəbər agentliyi xəbər vermişdi ki, Kimin “yaxın günlərdə” Uzaq Şərqə səfəri gözlənilir.
Bu səfər Kimin dörd ildən artıq müddətdə xaricə ilk səfəri və COVID-19 pandemiyasından sonra ilk səfəri olacaq.