Kim Çen Inın bacısı: Zelenski ölkəsinin taleyi ilə qumar oynayırbackend

Kim Çen Inın bacısı: Zelenski ölkəsinin taleyi ilə qumar oynayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin taleyi ilə qumar oynadığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Kim Yo Conq Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) Ukrayna Prezident Aparatının internet saytında ABŞ-ın nüvə silahlarının Ukraynada yerləşdirilməsi və ya ölkənin öz nüvə silahını inkişaf etdirməsi üçün vətəndaşların imzası üçün təqdim edilən petisiya ilə bağlı bağlı şərhlər verib

O, Zelenskinin “Nəyin bahasına olursa olsun, son günlərini ölkəsinin və xalqının taleyi ilə qumar oynayaraq” davam etmək üçün təhlükəli siyasi istəyini açıq şəkildə göstərdiyini iddia edib.

Ölkəsində Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin direktor müavini olan Kim Yo Conq Ukrayna hakimiyyətinin Rusiyanı məğlub edə biləcəklərinə dair sağalmaz “böyüklük xəstəliyinə” düçar olduğunu qeyd edib.

Kim Yo Conq “Rusiyanın güclü yanğınından sadəcə ABŞ-ın artıq deşilmiş nüvə çətiri altına girdiklərində qaça biləcəklərini düşünürlərsə, yanlış yola girirlər.” deyə Kiyev administrasiyasına müraciət edib.

NOCOMMENT.AZ