Kim Çen Inın sağlamlıq problemləri üzə çıxdıbackend

Kim Çen Inın sağlamlıq problemləri üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər Şimali Koreya lideri Kim Çen Inın səhhətindəki problemlərin üstünü açıblar və pis vərdişlərinin onun vəziyyətinə təhlükəsini qiymətləndiriblər.

Mütəxəssislərin fikrincə, Şimali Koreya liderinin sağlamlığına həm qeyri-sağlam həyat tərzi, həm də irsi xüsusiyyətləri mənfi təsir göstərir. Məlumdur ki, həm onun atası Kim Çen İr, həm də onun babası Kim İr Sen infarkt nəticəsində ölmüşdülər. Bundan əlavə, KXDR-in hazırkı rəhbərinin atası da ölümündən bir neçə il əvvəl insult keçirmişdi. Bu məlumatlar Kim Çen Inın da ürək probleminin olduğunu göstərir.

NOCOMMENT.az xarici KİV-ə istinadən bildirir ki, Şimali Koreya lideri patoloji piylənmədən əziyyət çəkirdi – təxminən 170 santimetr boyu olan Kim Çen Inın çəkisi 135 kiloqramdan çox idi. Bu fonda, həmçinin alkoqoldan, yüksək kalorili qidalardan və siqaretdən davamlı sui-istifadə fonunda siyasətçidə şəkər xəstəliyi inkişaf edə bilər və çox güman ki, qan təzyiqinin, eləcə də xolesterinin səviyyəsi də yüksəkdir. Bu amillər də onun ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərirdi.

Bununla yanaşı, mütəxəssislər Kim Çen Inın fokal distoniyadan, yəni əzələlərin məcburi və spazm hərəkətləi ilə xarakterizə olunan nevroloji xəstəlikdən əziyyət çəkdiyini söyləyiblər. Mütəxəssislərin fikrincə, bu xəstəlik Şimali Koreya liderinin oturarkən sol əlinin vəziyyətini və fotolarda müntəzəm olaraq göründüyü qəribə mövqelərini izah edə bilər.

Kim Çen In apreldən 11-dən bəri ictimaiyyətə görünməyib. Aprelin 15-də babası, KXDR-in qurucusu Kim İr Senın doğum günündə heç bir rəsmi tədbirə qatılmayıb. Onun olmaması səbəbindən, mümkün ölümü və ya xəstəliyi haqqında şayiələr ortaya çıxmağa başlayıb. Belə ki, 2016-cı ildə Cənubi Koreyaya qaçan KXDR-in Londondakı keçmiş səfiri Taye Yonq Ho Şimali Koreya liderinin ayağa qalxa və ya normal gedə bilməyəcəyini söyləyib. Mənbələr siyasətçinin uğursuz ürək əməliyyatından sonra vegetativ vəziyyətdə olduğunu iddia edib.

Eyni zamanda, rəsmilər və KXDR mediası bu cür şayiələrə münasibət bildirməyiblər.