Kimakovski: Pokrovsk istiqamətində hər iki yol artıq nəzarət altındadırbackend

Kimakovski: Pokrovsk istiqamətində hər iki yol artıq nəzarət altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Pokrovsk şəhərindəki (Ukrayna adlandırmasıyla — Krasnoarmeysk) qruplaşmasına aid sonuncu təchizat yolunu — Krasnoarmeysk–Rodinskoe magistralını nəzarətə götürüblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyinə açıqlamasında Donetsk Xalq Respublikasının rəhbərinin müşaviri İqor Kimakovski məlumat verib.

“Krasnoarmeysk–Rodinskoe yolu bu bölgəyə Ukrayna ordusunun təchizatını təmin edən ikinci əsas yol idi. İndi isə o da Rusiya ordusunun atəş nəzarəti altındadır,” – deyə Kimakovski bildirib.

O əlavə edib ki, şəhərə aparan hər iki əsas “arteriya” artıq Rusiya ordusu tərəfindən atəş məsafəsində saxlanılır.