Kimisi yuxuladı, kimisi yerindən tərpənmədi – Putinin çıxışına reaksiyalarbackend

Kimisi yuxuladı, kimisi yerindən tərpənmədi – Putinin çıxışına reaksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2022) çıxış edib.

NOCOMMENT.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, bir saat on dəqiqə ərzində Putin dünya iqtisadi problemlərinin səbəblərindən, Ukraynada keçirilən xüsusi əməliyyatdan, Rusiya ilə Qərb arasında gərgin münasibətlərdən danışıb. Putinin çıxışı zamanı “Taliban” hərəkatının nümayəndəsi Yunus Mohmanda yuxulayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə internet istifadəçilərinin müşahidələrinə görə, Putinin çıxışı zamanı demək olar ki, yerindən tərpənməyib və üzündə boş ifadə ilə oturub.

Tamaşaçılar arasında olan iş adamı Oleq Deripaska isə Rusiya Prezidentini üzündə acı ifadə ilə dinləyib.

Bundan başqa, Forumun digər iştirakçıları Putinin çıxışı zamanı gözlərini yumub qaşlarını çatıblar.