Kimlərin təqaüdü 55 manat artacaq? – VİDEObackend

Kimlərin təqaüdü 55 manat artacaq? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kimlərin təqaüdü 55 manat artacaq?

Bu ilin yanvar ayından pensiyalar artırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov APA TV-yə açıqlamasında deyib. O bildirib ki, orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Deputat bildirib ki, pensiyaları indeksasiya olunmayan təxminən 90 min vətəndaşımızın da pensiyası yeni qaydalara əsasən bu ildən etibarən indeksasiya olunaraq artırılır. Pensiya məbləği hansı məbləğdədirsə, o məbləğə uyğun olaraq artım həyata keçir.

Qeyd edək ki, indeksasiya, artımla bağlı qərar adətən yanvar ayının sonunda verildiyi üçün, yanvar ayının artımı vətəndaşa fevralda fevral ayının artımı ilə birlikdə ödəniləcək.