Kimyəvi təmizləyicilərdən istifadə gündə bir qutu siqaret çəkməyə bərabərdirbackend

Kimyəvi təmizləyicilərdən istifadə gündə bir qutu siqaret çəkməyə bərabərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər  gündəlik həyatımızda istifadə olunan kimyəvi təmizləyicilərin sağlamlığa böyük zərər vurduğu fikrini irəli sürülüb

NOCOMMENT.az xəbər verir ki, Norveçin Bergen Universitetində 20 il müddətində 6 mindən çox insan arasında aparılan araşdırmalara görə evini kimyəvi maddələrlə təmizləyənlərin ağciyəri gündə bir qutu siqaret çəkənlərin ağciyəri ilə eyni vəziyyətdədir. Açıqlamalara görə hər iki maddə ağciyərə eyni səviyyədə zərər verir.

Əksər insanlar həftənin 3-17 saatını təmizliyə ayırırlar. Bu təmizliyin daha effektli olması üçün hətta kimyəvi təmizlik maddələrindən istifadə edirlər. Ancaq araşdırmalar bu maddələrin zərərli olduğunu ortaya çıxarıb. Tədqiqatlara görə 20 il ərzində evini kimyəvi maddələrlə təmizləyənlərin ağciyərlərində digərlərindən fərqli olaraq geriləmə müşahidə olunub. Araşdırmacıların sözlərinə görə bu maddələr insan orqanizminə zərər verməklə yanaşı həmçinin istənilən təmizliyi bizə verə bilmir.

Ən yaxşı təmizliyin daha az maddə və daha çox su ilə olduğunu unutmayaq və sağlamlığımızın qeydinə qalaq.