Azərbaycan Respublikasının Kino Agentliyi “Baku Cinema Breeze 2025” film festivalı çərçivəsində tədbirlərin təşkili xidmətlərinin satınalınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma prosesində iştirak üçün təklif və təminat təqdim etmiş, tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün prosedur dayandırılıb. Bu səbəbdən satınalma komissiyası ləğv protokolunu təsdiqləyib.
Festival tədbirlərinin təşkilinə dair ehtimal olunan satınalma məbləği 791 min 247,5 manat olaraq göstərilmişdi.
Xatırladaq ki, “Baku Cinema Breeze 2025” beynəlxalq film festivalı ölkənin kino sənayesinin tanıdılması və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.