Kir Starmer: Britaniya səhiyyəsi kritik vəziyyətdədirbackend

Kir Starmer: Britaniya səhiyyəsi kritik vəziyyətdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin səhiyyə sisteminin (NHS) kritik vəziyyətdə olduğunu və islahatlara ehtiyac yarandığını deyib.

NOCOMMENT.az xəbər verir ki, Starmer xəstəxanaların təcili tibbi yardım şöbələrində uzun gözləmə müddətlərinin ciddi problemə çevrildiyini qeyd edib. O bildirib ki, ötən il 100 mindən çox körpə altı saatdan çox, bütün xəstələrin təxminən 10 faizi isə 12 saatdan çox gözləməli olub. Bu vəziyyət qarşısı alına bilən minlərlə ölümə gətirib çıxarıb.

K.Starmer hazırkı səhiyyə böhranında Mühafizəkarlar Partiyasının hökumətini ittiham edərək, islahatlar həyata keçirilmədən əlavə maliyyə vəsaitinin ayrılmayacağını deyib. O, səhiyyə sisteminin rəqəmsallaşdırılması və islahatların vacibliyini vurğulayıb, lakin bu dəyişikliklərin vaxt alacağını əlavə edib.\\AZƏRTAC