Böyük Britaniyanın baş naziri Kir Starmer deyib ki, G7 ölkələri Rusiyaya qarşı sanksiyalarla bağlı daha çox risk almağa hazır olmalıdırlar.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri o, Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə həsr olunmuş beynəlxalq toplantıda videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
“Mənə aydındır ki, G7 daha böyük risklərə, o cümlədən neft qiymətlərini məhdudlaşdırmağa, Rusiya neft nəhənglərinə sanksiyalar tətbiq etməyə və sanksiyalardan yayınmağa imkan verən bankların ardınca getməyə hazır olmalıdır” dedi Starmer.
Fevralın 24-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyiblər və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə mövcud proqramlar çərçivəsində 3,5 milyard avro məbləğində yeni yardım tranşını köçürməyə söz verib.