Kirayə pulunu ödəyə bilmədiyi üçün küçəyə atılan yaşlı qadın niyə sığınacağa yerləşdirilmir? – VİDEObackend

Kirayə pulunu ödəyə bilmədiyi üçün küçəyə atılan yaşlı qadın niyə sığınacağa yerləşdirilmir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaşlı qadın küçəyə atıldığını iddia edir.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, Kifayət Hüseynova adlı bu xanım 5 gündür küçədə gecələdiyini deyir. Səhhətində ciddi problemləri olan qadın deyir ki, kirayə pulunu ödəyə bilmədiyindən ev sahibi əşyalarını çölə atıb.

O bildirib ki, sağlamlıq və ailə vəziyyəti nəzərə alınaraq bu yaxınlara qədər evinin kirayə pulu Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ödənilib. Ancaq indi bu ödəniş dayandırılıb.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən verilən açıqlamada vətəndaşın iddialarının əsassız olduğu bildirilib.

Kifayət Hüseynovanın kirayə ev sahibləri ilə tez-tez mübahisə etdiyi də iddia edilib.

Lakin bütün bunlara baxmayaraq, razılıq verəcəyi təqdirdə, vətəndaşın sığınacağa yerləşdirilməsi üçün bütün köməkliklər göstəriləcək.

Ətraflı “Xəzər Xəbər”in süjetində: