Kirbi: ABŞ səmasında görünən pilotsuz təyyarələr heç bir təhlükə yaratmırbackend

Kirbi: ABŞ səmasında görünən pilotsuz təyyarələr heç bir təhlükə yaratmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti Nyu-York və Nyu Cersi ştatlarının hava məkanında aşkarlanan pilotsuz təyyarələri təhlükə hesab etmir.

NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin jurnalistlər qarşısında çıxışına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatının (PUA) müşahidələrinə qanuni kommersiya və istirahət məqsədli pilotsuz təyyarələr və hüquq-mühafizə orqanlarının dronları daxildir. Bundan əlavə, təyyarələr, helikopterlər və hətta ulduzlar da İHA ilə səhv salınıb. Kirbi milli və ictimai təhlükəsizliyə heç bir təhdid olmadığını vurğulayıb.

Dekabrın 16-da ABŞ-ın Ohayo ştatının hava məkanında, Hərbi Hava Qüvvələrinin Material Komandanlığı və Tədqiqat Laboratoriyasının yerləşdiyi hərbi bazanın yaxınlığında naməlum pilotsuz təyyarələrin göründüyü bildirilmişdi. Bununla əlaqədar olaraq hava məkanı müvəqqəti bağlanıb.