Kişi müəllimlər üçün 8 Mart pulu yığılan məktəblə bağlı açıqlamabackend

Kişi müəllimlər üçün 8 Mart pulu yığılan məktəblə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

60 nömrəli tam orta məktəbdə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsaitin toplanması ilə bağlı araşdırma aparılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Təhsil İdarəsindən məlumat verilib.

60 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsaitin toplanması ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

Araşdırma nəticəsində bəlli olub ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılması ilə bağlı “WhatsApp” qrupunda sinifin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib.

Məsələ ilə bağlı bu gün həmin sinifin valideynləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, məktəbdə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı hər hansı formada vəsaitin toplanması təşəbbüsü olmayıb. Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib.