Kişidaya hücumda şübhəli bilinən şəxs 3 aylıq psixiatrik müayinədən keçəcəkbackend

Kişidaya hücumda şübhəli bilinən şəxs 3 aylıq psixiatrik müayinədən keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada baş nazir Kişida Fumioya ötən ay hücumda şübhəli bilinən Kimura Ryuji üç ay müddətində psixiatrik müayinədən keçəcək.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir Kişidanın keçən ay seçki kampaniyası üçün getdiyi Vakayamada olduğu yerə tüstü bombasının atılması ilə bağlı istintaq davam edir.

Qərar prokurorların vəsatəti əsasında qəbul edilib. Müayinə zamanı şübhəlinin hücumla bağlı psixi tarazlığı hərtərəfli araşdırılacaq.

Xatırladaq ki, aprelin 15-də Vakayamada Kişidanın seçki çıxışı edəcəyi yerdə partlayış səsi eşidilib.

Yerli mətbuatda paylaşıan videoda Kişidanın olduğu yerə gümüş silindrli boruya bənzər bir növ tüstü bombasının atıldığı bildirilir.

NOCOMMENT.AZ