Norveçin Oslo Universitetinin alimləri kişilərin beyninin qadınlara nisbətən daha tez qocaldığını müəyyən ediblər.
NOCOMMENT.az xəbər verir ki, araşdırma çərçivəsində 4700-dən çox insanın MRT nəticələri təhlil olunub.
Məlum olub ki, kişilərdə beynin ümumi həcmi daha sürətlə azalır. Həmçinin yaddaş, hərəkət və hissiyyatla bağlı sahələrdə degenerasiya prosesi daha aktiv gedir. Bəzi beyin bölgələrində dəyişikliklərin sürəti qadınlarla müqayisədə demək olar ki, iki dəfə yüksəkdir.












