2050-ci ilə qədər xərçəng səbəbindən ölən kişilərin sayı artacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avstraliyada yerləşən Queensland Universitetində tədqiqat aparılıb.
Mütəxəssislər yaşlı kişilərlə yanaşı, gənclər arasında da xərçəng səbəbindən ölümlərin artacağını bildiriblər.
185 ölkədə qeydə alınan sağlamlıq göstəriciləri əsasında aparılan tədqiqat xərçəngə tutulma sayında da artım olacağını göstərir. Xəstəliyin ən çox yayılacaq növünün isə dəri xərçəngi olacağı ehtimal olunur.
Bundan başqa, prostat və ağciyər xərçənginə yoluxanların sayında da artım olacaq.