Kitab oxumaq ömrü uzadırbackend

Kitab oxumaq ömrü uzadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər sübut ediblər ki, kitablara olan məhəbbət intellektual səviyyəni artırmaqla yanaşı erkən ölüm riskini də azaldır.

NOCOMMENT.az -ın məlumatına görə belə ki, 12 il ərzində kitab oxuyan 3500 nəfərin həyatı müşahidə olunduqdan sonra belə bir nəticəyə gəlinib.

Mütəxəssislər fərdi sağlamlıq üçün gündə ən azı 30 dəqiqə kitab oxumağı məsləhət görürlər. Bu əyləncəli vərdiş ölüm riskini 23% azaltmaqla yanaşı ürək-damar sisteminin işini normallaşdırır, əzələləri rahatlaşdırır və stressi azaldır. Bildirilir ki, cəmi bir neçə dəqiqə maraqlı kitab oxumaq belə dərhal gərginlik səviyyəsini azaldır.

Tədqiqatçılar zehni inkişaf üçün xüsusən təqaüddə olanlara kitab oxumağı məsləhət görürlər. Ancaq onlar elektron deyil çap olunmuş nəşrlərdən faydalanmağı düzgün hesab edirlər.