ABŞ bölgədə gərginliyin artması fonunda İranın potensial ballistik raket hücumunu dəf etmək üçün THAAD (Terminal High Altitude Area Defense) hava hücumundan müdafiə sistemini dərhal İsrailə təhvil verəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 1-də axşam saatlarında İran İsrail ərazisinə iri raket zərbələri endirib. Tehran bildirib ki, raketlərin 90%-i nəzərdə tutulan hədəfləri uğurla vurub. Lakin İsrail İranın 180-ə yaxın raket atdığını və onların əksəriyyətinin zərərsizləşdirildiyini açıqlayıb.
THAAD sistemi 40-150 kilometr yüksəklikdə təhlükələrdən qorunmaq qabiliyyətinə malikdir.