KİV: ABŞ İranın nüvə obyektlərini xüsusi bombalar və qanadlı raketlərlə vurubbackend

KİV: ABŞ İranın nüvə obyektlərini xüsusi bombalar və qanadlı raketlərlə vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın əsas nüvə obyektlərinə zərbələr endirmək üçün bunker əleyhinə bombalar və “Tomahawk” qanadlı raketlərindən istifadə edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, əvvəllər ikisinin kifayət edəcəyi güman edilsə də, B-2 gizli bombardmançılarından Fordodakı çox məxfi yeraltı kompleksə beş-altı güclü bomba atılıb.

Qeyd edək ki, Fordodan başqa İsfahan və Natanzda daha iki nüvə obyekti də hücuma məruz qalıb.

“Fox News”un məlumatına görə, hədəflərdən təxminən 400 mil məsafədə yerləşən sualtı qayıqlardan onlara 30-a yaxın “Tomahawk” raketi atılıb.