KİV: “ABŞ Yaxın Şərqə onlarla hərbçi göndərəcək”backend

KİV: “ABŞ Yaxın Şərqə onlarla hərbçi göndərəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi İsrail və Hizbullah hərəkatı arasında münaqişənin daha da gərginləşəcəyi təqdirdə amerikalıları bölgədən çıxarmağa hazır olmaq üçün Yaxın Şərqə onlarla əsgər göndərməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “NBC” telekanalı Pentaqonun üç rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, onlar yaxın günlərdə bölgəyə göndəriləcək qoşunların gözləmə rejimində olacağını və onların missiyasının müharibə vəziyyətində Amerika vətəndaşlarının təxliyəsinə kömək etmək olduğunu bildiriblər.

Qeyd olunub ki, hazırda Yaxın Şərqdə 40 minə yaxın Amerika əsgəri yerləşdirilib.