“Fəallar koalisiyası” ölkələri öz qoşunlarını Ukraynaya göndərmək istəmir.
NOCOMENT.az apa-ya istinadən xəbər verir ki, bu haqda məlumatı “The Sunday Times” qəzeti yayıb.
Qəzetin məlumatına görə bunun əvəzində Avropa dövlətləri diqqətini Ukraynanın hərbi sənaye kompleksinin gücləndirilməsinə yönəltmək niyyətindədir.
Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, heç kimin Ukraynaya öz qoşunlarını ölmək üçün göndərmək istəmədiyini nəzərə alsaq, Ukrayna Silahlı Qüvvələrinin döyüş hazırlığını təmin etmək vacibdir.
Nəşrin yazdığına görə, söhbət təkcə hava hücumundan müdafiə sistemləri və ya pilotsuz uçuş aparatlarından getmir, həm də uzaqmənzilli raketlərin istehsalından gedir ki, Kiyev onlardan istifadəyə görə başqa ölkələrdən asılı olmasın.