KİV: Çexiyada saxlanılan qanunsuz qaçqınların sayı il ərzində 90 % azalıbbackend

KİV: Çexiyada saxlanılan qanunsuz qaçqınların sayı il ərzində 90 % azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Çexiyada saxlanılan qanunsuz qaçqınların sayı əvvəlki illə müqayisədə 90 % azalıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ildə respublikada 420 qanunsuz qaçqın saxlanılıb. Onların əksəriyyəti Qərbi Avropa ölkələrindən tranzit keçmək niyyətində idi.

Qanunsuz qaçqınların ümumi sayının üçdə ikisini Suriya vətəndaşları təşkil edib.

Saxlanılanlar arasında Türkiyə, Əfqanıstan, Efiopiya və Monqolustan vətəndaşları da var. Agentlik qeyd edib ki, bir çoxları saxta sənədlərdən istifadə edib.

Çexiya hakimiyyəti qaçqınların vətənlərinə qayıtmasına kömək üçün proqram həyata keçirir.