Almaniyanın “Baden-Württemberg” freqatı və “Frankfurt am Main” hərbi dəstək gəmisi sentyabrda Tayvan boğazından keçəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
“Beynəlxalq hüquqa görə, boğazdan sərbəst istifadə etmək olar”, – nəşr qeyd edir.
Almaniya hökumətinin bu məsələ ilə bağlı Çinlə mümkün diplomatik mübahisələrə hazır olduğu iddia edilir.