KİV: HAMAS yeni liderini seçməyi planlaşdırırbackend

KİV: HAMAS yeni liderini seçməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HAMAS bu ay ərzində yeni liderini seçəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə HAMAS-dan olan iki anonim mənbə “Reuters“ə danışıb.

Mənbələr potensial namizəd adı verməsələr də, “Reuters“ Xəlil əl-Hayya və Xalid Meşaalın ən öndəgələn namizədlər olduğunu yazıb.

Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həyatını itirib./APA/