KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edibbackend

KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin oktyabr ayından İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti İordan çayının qərb sahilində 11 mindən çox hücum əməliyyatı keçirib, bu əməliyyatlar zamanı 600-dən çox terrorçu məhv edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu reydlər zamanı 5 minə yaxın adam həbs edilib, onlardan 2 minə yaxınının radikal HƏMAS hərəkatının üzvü olduğu müəyyən edilib.

Bu müddət ərzində İsrail Hərbi Hava Qüvvələri İordan çayının qərb sahilində 70-ə yaxın hava hücumu həyata keçirib və nəticədə 100-ə yaxın terrorçu məhv edilib.