KİV: Lionel Messi Mançester Siti ilə anlaşdıbackend

KİV: Lionel Messi Mançester Siti ilə anlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya “Barselona”sından ayrılmaq istəyən Lionel Messi İngiltərənin “Mançester Siti” klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, tərəflər 5 illik müqavilə və ümumilikdə 700 milyon avro məvacib qarşılığında anlaşıblar.

İddiaya görə, argentinalı futbolçuya qismən ödəniş kimi klubu idarə edən “City Football Group” şirkətində müəyyən hissə təklif olunub..

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.