KİV: Moskva Abramyanı dəstəkləyəcək?backend

KİV: Moskva Abramyanı dəstəkləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda seçkilərdə və ümumiyyətlə siyasi həyatda yalnız Rusiyanın dəstəklədiyi şəxsin uğur qazanacağına əminlik o həddədir ki, artıq hər kəs təbliğatında bu faktordan istifadə edir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, indi də Rusiyanın Ermənistanda Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanı dəstəklədiyi haqda məlumat dövriyyəyə buraxılıb.

Məlumat jurnalist Aram Xaçatryana istinadla yayılıb. O, Abramyanın Paşinyan hakimiyyətinə sərt müxalif olduğunu, eyni zamanda keçmiş iqtidarların qayıtmasını istəmədiyini deyib, başqa sözlə, onu “üçüncü qüvvə” kimi təqdim etməyə çalışıb.

“Onun Rusiyada böyük dəstəyi var. O, Rusiya prezidenti yanındakı komitənin rəhbəridir”, – deyə jurnalist dərhal Rusiya faktorunu da qabardıb.