KİV: Netenyahu Trampla İrana 2026-cı ildə zərbə endirilməsinə dair müzakirə aparıbbackend

KİV: Netenyahu Trampla İrana 2026-cı ildə zərbə endirilməsinə dair müzakirə aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Baş naziri Binyamin Netenyahu ABŞ Prezidenti Donald Trampla İrana 2026-cı ildə zərbə endirilməsinin mümkünlüyünə dair müzakirə aparıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Axios”portalı məlumat yayıb.

Qeyd edilib ki, görüşün təfərrüatları ilə tanış olan bir amerikalı rəsmi və ABŞ-dən olan daha iki mənbənin bildirdiyinə görə, Binyamin Netanyahu 29 dekabrda Florida ştatında Donald Tramp ilə görüşü zamanı İrana qarşı mümkün təkrar hücum variantını gündəmə gətirib.

Xatırladaq ki, ABŞ Prezidenti İsrail Baş naziri ilə görüşdən əvvəl mediaya açıqlamasında bildirib ki, Tehran nüvə proqramını bərpa etməyə cəhd edərsə, ABŞ yenidən İrana zərbə endirməyə hazırdır.

Bu gün isə İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın son təhdidiylə əlaqədar müxtəlif ölkələrin XİN başçılarına məktub yazdığını açıqlayıb.