KİV: Nikol sələfləri ilə qapalı dairə yaradırbackend

KİV: Nikol sələfləri ilə qapalı dairə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı vəziyyət məxməri inqilabdan sonra hansısa müddət konstruktiv xarakter daşıyırdısa, indi o, xüsusilə, postmüharibə dövründə destruktiv vəziyyətə keçir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “1in.am” saytı çıxış edib.

“Əgər böyük dəstək yox, böyük etibardan istifadə edən Nikol Paşinyan keçmiş sistem qarşısında üstünlük hesabına siyasi meydanı balanslaşdıracaq yeganə qüvvədirsə, o zaman bu qapalı dairəyə çevrilir. Cəmiyyət qarşısında hədəf bu dairədən içəri keçməkdir ki, bu da yeni siyasi keyfiyyət və mahiyyət halında baş verə bilər. Lakin bu, mütləq institutlaşdırılmalıdır. Hazırda bu məsələ Ermənistan üçün ümumdövlət əhəmiyyəti daşıyır.

Mövcud qüvvələr balansı Ermənistanın ictimai-siyasi orqanizmini pozur, onu iflic edir. Ölkənin suverenliyinə təkcə xarici aqressiya, daxili təlatüm yox, həm də qapalı dairədəki siyasi dövrlər də təhdid yaradır”, – deyə məlumatda bildirilib.