KİV: Paşinyanın deputatları parlamentdə 4 şəxsi qaralayıbbackend

KİV: Paşinyanın deputatları parlamentdə 4 şəxsi qaralayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın yüksək vəzifəli şəxsləri parlamentdəki konkret 4 şəxsə qarşı dözümsüzlük göstərməyi əmr edib”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Mənbələrinə istinad edən Ermənistan nəşri qeyd edib: “Ermənistan parlament fraksiyasının rəhbəri Seyran Ohanyan, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan, Vaqe Akopyan və “Şərəfim var” fraksiyasından Anna Mkrtçyan.

“Vətəndaş Müqaviləsi”ndən olan deputatlar Vaqe Akopyanı Sünikdə Baş nazir Nikol Paşinyana, İşxan Saqatelyanı İrəvanda hakimiyyətə qarşı etiraz aksiyaları təşkil etməkdə ittiham edirlər.

Səlahiyyətlilər İşxan Saqatelyanın bu sözlərini unutmurlar: “Sizə Milli Məclisdə rahatlıq verməyəcəyəm”.

Seyran Ohanyanı 44 günlük müharibədən sonra hakimiyyəti “tərk edib” ikinci prezident Robert Köçəryanın yanına getdiyinə görə “bağışlamırlar”.

Anna Mkrtçyanın bağışlanmaz səhvi isə Nikol Paşinyanı “təslimçi” adlandırmasıdır.

İndi səlahiyyətlilər parlamentdə bu insanlara rahatlıq verməmək məqsədi güdür və dünənki davada əsasən sözügedən şəxslər “Vətəndaş Müqaviləsi”nin deputatları tərəfindən hücuma məruz qalıblar.

Hakim fraksiya bütün bunları uzun müddət davam etdirəcək”.