KİV: Qvardiola Messiyə “Barselona”da qalmağı məsləhət görübbackend

KİV: Qvardiola Messiyə “Barselona”da qalmağı məsləhət görüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya “Barselona”sından ayrılacağı gözlənilən argentinalı futbolçu Lionel Messinin İngiltərənin “Mançester Siti” klubuna keçidi baş tutmaya bilər.

NOCOMMENT.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi maliyyə baxımından 33 yaşlı hücumçunu transfer etməyə hazır olmadıqlarını düşünür.

Onlar həmçinin hesab edirlər ki, Messinin tələb etdiyi məvacibi verə bilməyəcəklər. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola isə Barselonaya səfəri zamanı təcrübəli oyunçu ilə görüşüb və ona hazırkı komandasında qalmağı, karyerasını orada başa vurmağı tövsiyə edib.

Qeyd edək ki, Lionel Messi “Barselona”dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Xosep Qvardiola 2008 – 2012-ci illərdə “Barselona”nın baş məşqçisi olub.
Report