KİV: Serbiya 800 milyon avro dəyərində silah ixrac edibbackend

KİV: Serbiya 800 milyon avro dəyərində silah ixrac edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildən Serbiya Qərb ölkələrini təxminən 800 milyon avro dəyərində sursatla təmin edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” şəxsi mənbələrinə istinadən məlumat yayıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç müsahibəsində bu qiymətləndirmələrin doğru ola biləcəyini təsdiqləyib.

“Bəli, biz sursat ixrac edirik. Biz onları Ukraynaya və ya Rusiyaya ixrac edə bilmərik, amma amerikalılarla, ispanlarla, çexlərlə və başqaları ilə çoxlu müqavilələrimiz var”, – Vuçiç vurğulayıb.