KİV: Tramp federal qurumlara ofisləri Vaşinqtondan köçürmək planlarını hazırlamağı tapşırıbbackend

KİV: Tramp federal qurumlara ofisləri Vaşinqtondan köçürmək planlarını hazırlamağı tapşırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın administrasiyası federal qurumlara ofisləri paytaxt Vaşinqtondan ölkənin digər bölgələrinə köçürmək planlarını hazırlamağı tapşırıb ki, bu da xərcləri azaltmaq məqsədi daşıyır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Bildirilib ki, Ağ evin İnzibati-Büdcə İdarəsi və ABŞ hökumətinin kadr idarəsindən müvafiq bildiriş bütün federal qurumların rəhbərlərinə göndərilib. Onlara aprelin 14-dək Vaşinqtondakı xərclərdən daha az büdcə tələb edən digər regionlara ofislərin köçürülməsi planlarını təqdim etmək tapşırılıb.

Bundan başqa, “Associated Press” agentliyinin qeyd etdiyinə görə, Tramp administrasiyası qurumlara aprelin ortalarına qədər işçi heyətinin ixtisarı ilə bağlı planlar da hazırlamağı tapşırıb. Çərşənbə günü ABŞ Prezidenti həmçinin bir fərman imzalayıb ki, buna əsasən federal qurumlarda xərcləri azaltmaq və səmərəliliyi artırmaq məqsədilə ödənişlərə nəzarət sistemi yaradılmalıdır.