ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5%-nə çatdırmağı tələb edəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, “Financial Times” onun bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırdığını yazıb.
Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər.
Mənbələr onu da bildiriblər ki, Tramp seçki kampaniyası zamanı verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.