“KİVDF cinayəti”nə görə nə qədər cəza nəzərdə tutulub?backend

“KİVDF cinayəti”nə görə nə qədər cəza nəzərdə tutulub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əməkdaşları tərəfindən yol verilən qanunsuz əməllərlə bağlı başlanan cinayət işinin maddələri üzrə 10 ildən 14 ilədək cəza nəzərdə tutulub.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işi başlanıb.

Bu maddələrdən ən ağır cəza xüsusilə külli miqdarda mənimsəmə cinayətinə görə 10 ildən 14 ilədək azalıqdan məhrumetmə nəzərdə tutulub və “Xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Qeyd edək ki, araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.