Kiyev Avropaya Ukraynanın mineral ehtiyatlarını xatırladıbbackend

Kiyev Avropaya Ukraynanın mineral ehtiyatlarını xatırladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Avropa İttifaqı (Aİ) üçün vacib olan əhəmiyyətli faydalı qazıntı ehtiyatlarına malikdir. 

NOCOMMENT.az xəbər  verir ki, Ukraynanın baş naziri Denis Şmıxal “Politico” nəşrinə yazdığı məqalədə Avropaya Ukraynanın mineral sərvətlərini xatırladıb.

“Ukrayna Aİ üçün vacib olan 30 mineral ehtiyatdan 22-nə sahibdir. Uran ehtiyatlarına görə Avropada birinci yer. Ukrayna titan ehtiyatlarına görə dünya liderləri arasındadır. “Təsdiqlənmiş ehtiyatların yalnız 10 faizi işlənilir”, – deyə Ukrayna hökumətinin başçısı bildirib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri NATO-nun Amerika kontingentinin bu funksiyanı yerinə yetirdiyi kimi Avropanın regional təhlükəsizliyinin təminatçısı ola bilər.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna və ABŞ arasında yeraltı sərvətlərə dair sazişin imzalanma tarixini açıqlayıb. Onun sözlərinə görə, sənəd fevralın 14-16-da Münhen Təhlükəsizlik Konfransında qəbul oluna bilər.