Kiyev İsveç və Fransadan Gripen və Mirage qırıcısının əlavə tədarüklərini gözləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin müavini İvan Qavriluk BBC Ukraynaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, eyni zamanda ABŞ-dan Ukrayna Silahlı Qüvvələrinə (VSU) F-16 qırıcısının verilməsi də gözlənilir. Lakin müdafiə nazirliyinin müavini tədarüklərin vaxtı və miqdarı barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, 23 sentyabr tarixində ABŞ Pentaqonu bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri Lockheed Martin şirkəti ilə Ukraynaya F-16 qırıcısı təminatı proqramı çərçivəsində 26 milyon dollar dəyərində müqavilə imzalayıb.