Kiyev işıqsız qalıb – Rusiyanın raket zərbələri…backend

Kiyev işıqsız qalıb – Rusiyanın raket zərbələri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı və ölkənin əksər vilayətləri kəskin enerji məhdudiyyətləri ilə üzləşib.

NOCOMMENT.az xəbər verir ki, artıq iki gündür Kiyevin böyük hissəsi fasilələrlə işıqsız qalır. Əsasən axşam saatları paytaxtın mərkəzi rayonları da daxil olmaqla, vilayətin bütün ərazisində elektrik enerjisinin verilişi dayanır.

İyunun 3-ü axşamdan isə tamamilə Kiyevdə enerji təminatı dayandırılıb və hələ də təmin edilməyib. Bu, eyni zamanda ölkənin əksər vilayətlərində də baş verir.

Bunu səbəb son günlər Ukraynanın əsas enerji stansiyalarının raket zərbələri nəticəsində sıradan çıxmasıdır.

“Ukrenergo”nun əhaliyə xəbərdarlığına görə, bu vəziyyət uzun müddət davam edəcək.