Kiyev raketlə vuruldu, ölənlər var – Fotolarbackend

Kiyev raketlə vuruldu, ölənlər var – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.

NOCOMMENT.az UNİAN-a istinadla xəbər verir ki, paytaxtın Şevçenkovski rayonu düşmən atəşinə məruz qalıb. Fövqəladə Hallar Dövlət Xidməti ölənlərin olduğunu bildirib və çoxmərtəbəli binada yanğının baş verdiyini təsdiqləyib.

Qeyd olunub ki, raketin dəydiyi yaşayış binasının dağıntıları altında insanar var.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Daha sonra Kiyev vilayətində bir hava hücumundan müdafiə raketinin vurulduğu məlum oldu. Onun qalıqları kəndlərdən birinin kənarına düşüb, xəsarət alan olmayıb.